Jirinovski Putinin varislərinin adlarını sadaladı

Jirinovski Putinin varislərinin adlarını sadaladı
LDPR lideri Vladimir Jirinovski "Rusiya 1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi varisi ola biləcək siyasətçilərin adlarını sadalayıb.

Sfera.az  xəbər verir ki, Jirinovskinin dediyinə görə, bu siyahıda 8-9 ad var. Namizəd olaraq, o, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, xarici kəşfiyyat xidmətinin başçısı Sergey Narışkin, keçmiş baş nazir Dmitri Medvedev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun adını çəkib.

Ancaq bununla belə, Jirinovski, özünə eyham vuraraq başqasının varis olacağını söyləyib.
 
Ərhun

OXŞAR XƏBƏRLƏR