Çavuşoğlu ilə Lavrov Soçidə görüşəcəklər

Dünya
13:21 / 28.12.2020
1251
Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey lavrovla görüşəcək.
Sfera.az bildirir ki, bu barədə Türkiyə xarici işlər nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Çavuşoğlu 29 dekabr tarixində Strateji planlaşdırma üzrә Türkiyə - Rusiya birgə qrupunun VIII iclasında iştirak edəcək.
Soçidə baş tutacaq iclasa Çavuşoğlu və Lavrov sədrlik edəcək.
İclasda iki ölkə arasındakı əlaqələrlə yanaşı, bölgədə baş verənlərlə bağlı hərtərəfli fikir mübadiləsi ediləcəyi gözlənilir.
Ülvi
Sfera.az