Ermənilər atası azərbaycanlı separatçı generalı Azərbaycana işləməkdə suçladı...- FOTO

Ermənilər atası azərbaycanlı separatçı generalı Azərbaycana işləməkdə suçladı...- FOTO
Erməni ictimaiyyətində  Xankəndindəki separatçı-terrorçu erməni rejiminin bu günlərdə xunta başçısı Araik Arutyunyan tərəfindən vəzifəsindən azad edilmiş sabiq "təhlükəsizlik xidməti” rəisi general-mayor Kamo Ağacanyanın  guya Azərbaycana işləməsi haqda rəylər yayılıb.

Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Erməni istifadəçilərdən biri yazır:

"Yeni xainlər haqqında yeni məlumatlar. Artsax  MTX-nin rəhbəri Kamo Ağacanyan ilə tanış olun. Mənə verilən məlumata görə, bütün məlumatları azərbaycanlılara sızdıranlardan biri də məhz o olub. Kamonun atası milliyyətcə azərbaycanlı, anası ermənidir. Birinci müharibədən sonra Kamo və anası Artsaxda qaldı, qardaşı və atası isə Azərbaycana getdi. Kamonun düşmən tərəfin yüksək rütbəli məmurları ilə möhkəm əlaqələri var idi. Bu müharibə zamanı isə 7/24 nisbətdə düşmənin xeyrinə çalışdı. Bu yaxınlarda Araik Arutyunyan onu vəzifəsindən azad etdi. Vəssəlam. Onun haqqnda başqa bir tədbir görülmədi, bu bir daha səlahiyyətlilərin eyni zamanda onunla işlədiyini təsdiqləyir. Yeri gəlmişkən, azərbaycanlılar uzun müddətdir ki, bloqlarında onun haqqında yazırlar və onu öz adamları hesab edirlər. Təsadüfən bu mənbəyə rast gəldim və heyran qaldım...”

Xatırladaq ki, Moderator.az hələ 2018-ci ildə  Kamo Ağacanyanın Xocavəndin Edilli kəndində doğulması və atasının azərbaycnlı olması haqqında onu tanıyan, eyni kənddə doğulub boya-başa çatmış soydaşlarımıza istinadla məlumat verib.
 


 
moderator.az


OXŞAR XƏBƏRLƏR

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...

ABB Qarabağ Universitetinin 50 tələbəsinətəqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qar...