Almaniyada peyvənd edilən ilk şəxs 101 yaşlı qadın oldu

Dünya
20:35 / 26.12.2020
6561
Almaniyada 101 yaşlı qadın ölkənin koronavirus əleyhinə peyvənd edilən ilk sakini olub.
Sfera.az xəbər verir ki, bu barədə "Bild” nəşri bildirib.
Məlumata görə, ona "Pfizer”/”BioNTech” şirkətlərinin vaksini vurulub. Qeyd edək ki, Almaniyada kütləvi peyvənd dekabrın 27-də başlayacaq.
Nəşr yazıb ki, ilk peyvənd edilən qadın Edit Kvoyzalladır. O, Saksoniya-Anxalt federal ərazisindən, Xalberştadtdandır.