Özbəkistanda 5,5 bal gücündə zəlzələ oldu

Özbəkistanda 5,5 bal gücündə zəlzələ oldu
Özbəkistanın şərqində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib.

Sfera.az-ın məlumatına görə, yeraltı təkanlar 160 mindən çox əhalisi olan Fərqanə şəhərindən 18 kilometr cənubda qeydə alınıb.

Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib. Zəlzələnin episentri yerin 2 kilometr dərinliyində olub.

OXŞAR XƏBƏRLƏR