Şaxta baba 157 nəfərə koronavirus yoluxdurdu, 18-i öldü

Dünya
12:23 / 26.12.2020
4926
Qocalar evini ziyarət edən Şaxta
baba 18 nəfərin ölümünə səbəb olub.
Sfera.az xəbər verir ki, hadisə Belçikada baş verib.
Belə ki, adı açıqlanmayan Şaxta baba bir neçə qohumu ilə ölkənin şimalındakı Mol qəsəbində yerləşən qocalar evinə qonaq olub.
Ziyarətdən sonra 36-sı qocalar evinin işçisi olmaqla, ümumilikdə 157 nəfər xəstələnib, onlardan 18-i koronavirusdan dünyasını dəyişib.
Aparılan araşdırmalar zamanı Şaxta babanın isə koronavirus daşıyıcısı olduğu, şənlikdə iştirak edən qocaların isə maskadan istifadə etmədiyi müəyyən edilib.
Jalə Mehdi
Sfera.az