"Magistr imtahanları təxirə salına bilər?" - DİM-dən AÇIQLAMA

 

Koronavirusa yoluxmanın sürətli artım tempi qardaş Türkiyədə magistratura imtahanlarının təxirə salınması ilə nəticələnib.


Ölkəmizdə də pandemiyanın pik həddi yaşanır. Məhz bu səbəbdən qarşıdan gələn magistraturaya qəbul imatahanlarının təxirə salınması ilə bağlı fikirlər dolaşır.

Maraqlıdır, magistr imtahanları təxirə salına bilərmi? Yaxud, imtahanların onlayn qaydada həyata keçirilməsi gözləniləndir?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə hələ ki, imtahanların ləğvi, yaxud onlayn qaydada keçirilməsi ilə bağlı qərarın olmadığını deyib:

 

"Magistr imtahanı niyə təxirə salınsın ki? Hələ ki, bu imtahanların keçirilməsinə zaman var. Bu baxımdan indidən qərar vermək doğru olmazdı.

 

Yoluxma statikasından asılı olaraq, dəyərləndirmə və qiymətləndirmə aparılır. İndi hansısa fikir söyləmək sonradan yanlış anlaşılmaya gətirib çıxara bilər".

 

Xatırladaq ki, magistratura imtahanlarının ilkin mərhələsi ənənəvi olaraq fevral yaxud mart aylarında keçirilir.

 

 

Sfera.az

Əzizə Zeynal

 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...