10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkinin şikayəti təmin edilmədi

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkinin şikayəti təmin edilmədi
Bakı Apelyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı birinci intansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

 

 

Sfera.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 

Qərara əsasən, İ. Süleymanovun şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, bir necə gün əvvəl Nəsimi rayon Məhkəməsində İ. Süleymanovun həbs qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.


 

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.


 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.


 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. /APA


OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.   Sfera.az Türkiyə mediasına istinad...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...