Ermənilər Gürcüstandan köçürlər

Ermənilər Gürcüstandan köçürlər

 

Gürcüstanda yaşayan ermənilərin sayı, son illərdə sosial problemlərlə əlaqədar kəskin şəkildə azalıb.  

Oxu.Az xəbər verir ki, bu barədə "Novosti Aremniya”ya verdiyi müsahibəsində Tbilisi ermənilərinin assambleyasının rəhbəri Arnold Stepanyan bəyan edib. 

Onun sözlərinə görə, ermənilər Gürcüstanı əsasən işədüzəlmə problemi səbəbindən tərk edirlər. 

"Ermənilər əsasən Cavaxkda yaşayırlar, Cavaxk isə dağlıq, mürəkkəb iqlim şəraiti olan ərazidir, əhali kənd təsərrüfatı ilə məşğul olsalar belə, yetərincə gəlir əldə edə bilmirlər. Pytaxtda yaşayanlar üçün də iş tapmaq çətindir. Bu səbəbdən də onlar iş axtarışında başqa ölkələrə köçmək məcburiyyətindədirlər”, - o bildirib. 

Arnold Stepanyan qeyd edib ki, ermənilərdən fərqli olaraq, Gürcüstanda yaşayan azərbaycanlılar daha yaxşı iqlim şəraiti olan ərazilərə sahibdirlər, həmin ərazilərdə kənd təsərrüfatı böyük gəlir gətirir.

Qeyd edək ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 12 il ərzində ermənilərin sayı üçdə bir azalıb. 


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...