Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar

Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar

 

Bir sıra avtomobil modellərinin dizaynını hazırlayan gənc dizayner Ramil Nəcəfov Azərbaycanhərbi aviasiyası üçün yeni bombardmançı qırıcı təyyarə üzərində işi yekunlaşdırıb. "BMV” və "AZERANT” adlı avtomobil dizaynlarından sonra R.Nəcəfov "Xəz-747” bombardmançı qırıcı təyyarənin layihəsini də başa çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə ilk dəfə AZƏRTAC-a məlumat verən gənc dizayner deyib: "Xəz” sözü Xəzər dənizinin adından götürülüb. Qırıcı təyyarənin dizaynı "3D MAX” proqramında yığılıb. Layihəyə əsasən, təyyarə birpilotlu və ikimühərriklidir. Üç yanacaq çəninə malikdir və azot yanacağı ilə reaktiv sürət yığa bilər. Havada maksimal sürəti saatda 2500 kilometrə çatır. Qanadların alt hissəsində 30 millimetrlik top, reaktiv lazer radara malik 6 raket daşıya bilər. Əlavə olaraq, 8 nüvə bombası da götürmək iqtidarındadır. Həmçinin "RG4” bombası da yerləşdirmək mümkündür. Raketlər 12 kilometrədək uzaqlıqda düşmən hədəflərini vura bilər. Qanadlarda xüsusi qoruyucu pərdə də mövcuddur ki, bu da mühərrikə hər hansı təhlükənin qarşısını alır”.

Gənc mütəxəssis deyir ki, "Xəz-747”nin pilotu 15 kilometr yüksəklikdə oksigen balonu olmadan da nəfəs ala bilər. Təyyarə xüsusi sistem sayəsində radara görünmür. Bu təyyarə 30 kilometrdən düşmən hədəflərini obyektlərin peyk radar naviqasiyası sayəsində müəyyənləşdirə bilir.

"Yeni layihəmi Azərbaycan Ordusunun aprel zəfərinə həsr edirəm. Ümid edirəm ki, "Xəz-747” qırıcısıAzərbaycan hərbi aviasiyasının tarixinə bir yenilik gətirər. İstəyirəm ki, bu təyyarə gələcəkdəAzərbaycanın hərbi aviasiya sahəsində iz salsın, "Xəz-747” düşmənlə döyüşdə öz sözünü desin”, - deyə R.Nəcəfov vurğulayıb.

Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar
Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar
Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar
Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar
Azərbaycan üçün milli hərbi təyyarə - Fotolar


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...