“Bakı atəş açsa, Qarabağı tanıyacağıq” - Ermənistandan absurd təhdid

“Bakı atəş açsa, Qarabağı tanıyacağıq” - Ermənistandan absurd təhdid
Əgər Azərbaycan atəşkəs rejimini pozarsa, Ermənistan Dağlıq Qarabağın (red.qondarma) müstəqilliyini tanıyacaq.
"Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib:
"Əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Qarabağı tanıyacaq”.
Koçaryan qeyd edib ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar yenilənərsə, Dağlıq Qarabağmünaqişəsinin nizama salınması istimqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini başa çatmış hesab etmək olar:
"Ermənistan birmənalı olaraq hesab edir ki, sülh prosesinin alternativi yoxdur”.

OXŞAR XƏBƏRLƏR