Erməni hökuməti qondarma “DQR” tanınmasına dair qanun layihəsinə rəy verdi - YENİLƏNİB

Erməni hökuməti qondarma “DQR” tanınmasına dair qanun layihəsinə rəy verdi - YENİLƏNİB

 

Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq haqqında qanun layihəsini təsdiqlədi.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qanun layihəsini cümə axşamı hökumətin iclasında Ermənistanın XİN rəhbəri Şavarş Koçaryan təqdim edib.

Qanun layihəsinə parlamentin mayın 10-da keçiriləcək növbədənkənar iclasında baxılacaq. 

12.30

Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasda "Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qanun layihəsinə rəy verib.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş rəydə, qanun layihəsinin qəbulu Ermənistan və qondarma "DQR” nümayəndələri arasında müzakirələrin nəticəsindən asılı olduğu və mümkün gələcək proseslər, o cümlədən də xarici amillər ilə şərtləndiyi qeyd edilir.

Müəllifi deputatlar Zarui Postancyan və Qrant Baqratyan olan qanun layihəsinə görə, Ermənistan respublikası qondarma "Artsax respublikası”nı tanıyır. 

Hökumətin qərarından sonra Zarui Postancyan jurnalistlərə deyib ki, bununla da Nazirlər Kabineti "DQR”nın tanınması prosesini təsdiqlədi. 

Qeyd edək ki, daha öncə Azərbaycan XİN bəyan etmişdi ki, Azərbaycanın işğal edilmiş topraqlarında yaradılmış rejimin Ermənistan tərəfindən tanınması, Ermənistan tərəfindən Minsk prosesinin dayandılrılması deməkdir, bu halda isə Minsk qrupunun danışıqlar aparmağa mandatı olmayacaq. 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...