Rusiyada 30 minə yaxın yoluxma, rekord ölüm - Qonşu ölkələrdə son vəziyyət

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 23 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 714 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 142, xəstəlikdən sağalanların sayı isə 136 766 nəfərə yüksəlib.
Gürcüstanda isə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 972 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 216 843, ölənlərin sayı isə 2 276 nəfərə çatıb.
Virusa yoluxanlardan 194 705 nəfərin sağaldığı bildirilir.
Rusiyada isə son bir gündə 29 min 935 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.
"Worldometers” göstərir ki, ölkədə koronavirusda günlük ölüm sayında da rekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində 631 pasiyent həyatını itirib, bununla da vəfat edənlərin sayı 53 min 96 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 370 min 857 nəfər sağalıb.
Ölkə üzrə ümumilikdə 2 milyon 963 min 688 nəfər insan koronavirusa yoluxub.