“ASAN Kommunal” mərkəzlərinin funksiyaları bəlli oldu

“ASAN Kommunal” mərkəzlərinin funksiyaları bəlli oldu

 

Vətəndaşlara "Azərişıq”, "Azərsu” və "Azəriqaz”a aid bütün xidmətlər "ASAN Kommunal” mərkəzlərində göstəriləcək.

Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb.

"ASAN Kommunal” mərkəzlərində xidmət "Azərişıq”, "Azərsu” və "Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində "ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi hazırda "ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin "ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal” mərkəzlərinin ayrı, "ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”, - deyə İ.Kərimov bildirib. 

Dövlət Agentliyinin sədri qeyd edib ki, "ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək.

"Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”, - deyə sədr vurğulayıb. 

İ. Kərimov onu da qeyd edib ki, "ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır.

"ASAN Kommunal” mərkəzlərində xidmət "ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. "ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”, - deyə İ.Kərimov bildirib.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda "ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən "ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...