Tramp qudası barədə əfv qərarı imzaladı

Dünya
11:09 / 24.12.2020
1039
ABŞ prezidenti Donald Tramp adları Rusiya ilə bağlı istintaq işində hallanan 25 nəfəri, o cümlədən kürəkənin atası barədə xüsusi əfv qərarı imzalayıb.
Sfera.az "Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Ağ ev yazılı açıqlama yayıb.
Bildirlib ki, dekabrın 23-də Donald Tramp 20 nəfər barəsində əfv qərarı imzalamışdı. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunan Corc Papadopulos və Aleks van der Zvaanın da adları bu siyahıdadır.
Dekabrın 24-də isə 2016-cı ilin prezident seçkilərində D.Trampın seçki kampaniyasına müşavirlik edən Pol Manafort və Rocer Stoun da daxil olmaqla 26 nəfər əfv olunub.
Kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşner də əfv edilənlər arasındadır.