İrəvanda aksiyaçılar küçədə gecələyirlər

Dünya
10:50 / 24.12.2020
1345
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən onlarla müxalifətçi İrəvanın mərkəzi meydanında gecələyir.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, aksiyaçılar təxminən 10-a yaxın çadır qurublar, həmçinin qızınmaları üçün tonqallar qalayıblar.
Xatırladaq ki, Ermənistanın Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətini görən baş nazir Nikol Paşinyan noyabrın 10-da ölkəsinin kapitulyasiyası, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında bəyanata imza atıb. Sənədin imzalanmasından sonra İrəvanda kütləvi etirazlar başlayıb.
Ülvi
Sfera.az