“Ən qaranlıq günlər qarşıdadır, on minlərlə insan öləcək” - Co Bayden

“Ən qaranlıq günlər qarşıdadır, on minlərlə insan öləcək” - Co Bayden
"Epidemiyada hələ ən qaranlıq günlər gəlməyib, virus səbəbilə on minlərlə insan öləcək".

 

Sfera.az xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden çıxışı zamanı söyləyib.


O, xalqdan heç nəyi gizlətməyəcəyini deyərək bədbin proqnoz verib:


"Bu böhran dövründə liderliyim haqqında sizə söz verəcəyim bir şey var - heç nəyi sizdən gizlətməyəcəm. Bütün çılpaqlığı ilə doğru olanları danışacağam. Önümüzdəki aylarda bu virusdan on minlərlə insan öləcək, peyvəndlər də bunun qarşısını ala bilməyəcək".


 

Jalə Mehdi

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR