Daha bir ölkədə koronavirusun yeni mutasiyası aşkarlandı

Dünya
13:04 / 23.12.2020
1306
Ekvador
alimləri ölkədə koronavirusun yeni mutasiyalarını kəşf ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Espiritu Santo Universiteti məlumat yayıb.
Tədqiqatçılar ölkənin 22 əyalətindən 2,5 mindən çox nümunədən genetik materialları qoruyub saxlayaraq müqayisə aparıblar.
"SARS-CoV-2-nin yeni variantı təsbit edilib və bunun virusun yoluxuculuğunun sürətlə artmasında rol oynaya biləcəyinə dair şübhə var. Araşdırılan viruslardan heç birinin ardıcıllığı Britaniya növünün genetik dəyişkənliyini göstərmir”.