Məşhur jurnalistə 27 il 6 ay həbs cəzası verildi

12:36 / 23.12.2020
1938
Məhkəmə türkiyəli
jurnalist Can Dündar barədə həbs qərarı verib.
Sfera.az "Hürriyet”ə istinadən bildirir ki, jurnalist barəsində siyasi və hərbi casusluq maddəsi ilə 18 il 9 ay, silahlı terror təşkilatına kömək maddəsi ilə isə 7 il 21 ay (ümumilikdə 27 il, 6 ay) həbs qərarı verilib.
Xatırladaq ki, 2015-ci ildə Can Dündarın baş redaktoru olduğu "Cümhuriyyət” qəzetində öz imzası ilə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbər yayımlanıb. Buna görə jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunub. C.Dündar 5 il 10 ay həbs cəzasına məhkum edilib. Hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlməyən jurnalistin qaçaq hesab olunmasına qərar verilib.