İki deputatla bağlı cinayət işi başlanıldı - Terrorçulara dəstəkdə ittiham edilirlər

14:56 / 22.12.2020
1933
22 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Xalqların Demokratiya Partiyasının (HDP) üzvü, keçmiş deputat Leyla Güvənə kömək edənlər barəsində cinayət işi başlanılıb.
Sfera.az xəbər verir ki, Diyarbəkir Prokurorluğunun araşdırması zamanı HDP-li millət vəkili Səmra Gözəlin rəfiqəsini evində gizlətdiyi ortaya çıxıb. L. Güvənə yardım edən şəxslərdən birinin də HDP-li deputat Tayip Temel olduğu anlaşılıb.
Hər iki şəxs barəsində cinayət işi başlanılıb. Onlar terrorçuya dəstək olmaqda ittiham olunur.
Qeyd edək ki, Leyla Güvən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, terror təşkilatının təbliğatını aparmaqda və xalqı kin və düşmənçiliyə təhriketmədə ittiham edilir.