Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Dünya
13:18 / 22.12.2020
2789
Rusiyada son bir gündə 28 776 yeni yoluxma faktı qeydə alınıb.
Sfera.az "worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 561 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 51 912 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 319 520 nəfər sağalıb.
Ölkə üzrə ümumilikdə 2 906 503 nəfər insan koronavirusa yoluxub.
Gürcüstanda son 24 saat ərzində daha 3 064 nəfərdə "COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 212 526-ya çatıb.
Ölkədə sutka ərzində daha 42 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2 182-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 188 408 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 537 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 154 602 nəfərə çatıb. Daha 17 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 673-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 134 586 nəfərdir.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb. z
Ərhun