Yeni virus Ukraynada da ortaya çıxdı

Yeni virus Ukraynada da ortaya çıxdı
Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb. 

Sfera.az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

"B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb. Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, - deyə Petrov qeyd edib.

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib. 

OXŞAR XƏBƏRLƏR