Dünyanın ən böyük aysberqi parçalandı

Dünyanın ən böyük aysberqi parçalandı
Tədqiqatçılar dünyanın ən böyük aysberqinin ikiyə ayrıldığını müşahidə ediblər.

Sfera.az xəbər verir ki, Avropa Kosmik Agentliyi (AKA) parçalanmanın dəqiq səbəblərinin hələ aydın olmadığını, lakin buz qayasının Cənubi Qeorqiya sahil xəttinin bir neçə on kilometrliyində aralıda suyun dayaz yerində üzməsi buna təsir etdiyini ehtimal etmək olar.

Alimlər son bir neçə gündə aysberqin saat əqrəbi istiqamətində döndüyünü və bir ucunun suyun dayaz yerində hərəkət etdiyini də qeyd ediblər. Bu ərazidə dəniz dibinin dərinliyi cəmi 200 m təşkil edir və bu səbəbdən aysberq okean dibinə toxuna bilərdi. Buna görə də tədqiqatçılar aysberqin parçalana biləcəyini güman edirdilər.

Qeyd edək ki, daha öncə sözügedən aysberqin əriməyə başladığı barədə məlumat vermişdik.

OXŞAR XƏBƏRLƏR