Qarabağdakı ərazilərə bu qədər vəsait ayrılacaq - Çin mediası

Qarabağdakı ərazilərə bu qədər vəsait ayrılacaq - Çin mediası
Çilinin "Infogate” xəbər agentliyi "Azərbaycan hökuməti Dağlıq Qarabağdakı ərazilərinin bərpasına 1,3 milyard dollar vəsait ayıracaq” sərlövhəli material dərc edib.

Sfera.az xəbər verir ki, materialda Dağlıq Qarabağda şəhər və kəndlərin bərpasına, müasir infrastrukturun yaradılmasına Azərbaycanın 2021-ci il üçün dövlət büdcəsindən 2,2 milyard manat, yaxud 1,3 milyard dollar ayrılmasının nəzərdə tutulduğu qeyd edilir.

Çili agentliyi diqqətə çatdırır ki, Azərbaycan hökuməti münaqişə nəticəsində və erməni işğalçılarının zəbt etdikləri torpaqlardan çıxarkən zərər çəkən elektrik, qaz və su təminatının təşkilini, həmçinin rabitəni, yolları və tarixi abidələri bərpa etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR