"5 rayonu qaytarmaq bəyanatı Sarkisyanın sifarişidir" - GİZLİ MƏQAMLAR BƏLLİ OLUR

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan 5 rayonun Azərbaycana qaytarılması bəyanatını təsadüfən səsləndirməyib. Anspress-in məlumatına görə, bu barədə "İrs" partiyasından olan deputat Zarui Postancyan "1in.am" saytına müsahibəsində deyib.

"Artıq bir neçə gündür ki, "Facebook"da bir qrup yaradılıb. Hamı Ermine Naqdalyanın istefasını tələb edir. Hamı onun Milli Məclisdə jurnalistlərlə sonuncu brifinqini pisləyir. Ermine Naqdalyan Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəridir. Onun Qarabağla bağlı səsləndirdiyi bəyanat da təsadüfi deyil. Bu bəyanat Sarkisyanın sifarişi əsasında edilib. Sarkisyan özü də dəfələrlə bildirib ki, həmin ərazilərdə bilərəkdən məskən salmayıblar. "Məgər Ağdam bizim rayondur ki?" - Sarkisyan deyib", - deyə deputat bildirib.

O hətta qeyd edib ki, Ermənistan prezidenti hələ 2011-ci ilə Madrid və Kazan sənədini imzalamağa hazır idi.

Bu il aprelin 30-da Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Naqdalyan erməni tərəfin "Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş ərazi"yə iddialı olmadığını qeyd edib.

"Dünya Qarabağı tanıyan kimi biz o torpaqları qaytaracağıq, onlara bizim hüququmuz çatmır, biz bu torpaqları istəmirik — onlar yalnız bizim bufer zonamız, təhlükəsizliyimizin zəmanətidir", - deyə Naqdalyan bildirib.

Ermənistan parlamentinin sədr müavini açıq şəkildə etiraf edib ki, ölkəsi Azərbaycan torpaqlarını işğal edib və onlara hüququ yoxdur. Naqdalyanın bu bəyanatı erməni ictimaiyyətində etiraz dalğasına səbəb olub. Qarabağ separatçıları isə sədr müavininin bəyanatını "arxadan vurulan zərbə" kimi qiymətləndiriblər. Bundan əlavə, onlar Ermine Naqdalyanın tutduğu vəzifəyə uyğunluq məsələsinə yenidən baxmağı tələb edirlər.

Ermənistan parlamentində sabah Dağlıq Qarabağın "müstəqilliyinin” tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Separatçı rejimin tanınması barədə qanun layihəsini təqdim edən deputatlardan biri də məhz Zarui Postancyandır.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...