Məktəblərdə yeni təyinatlar
Cəmiyyət
16:58 / 04.05.2016
655
Bakı Şəhər Mədəniyyət və Turizm Idarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan musiqi məktəblərində kadr dəyişiklikləri həyata keçirilib.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinəBətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyevatəyin olunublar.