Xalq şairi II Fəxri Xiyabanda dəfn olunacaq
Cəmiyyət
15:43 / 04.05.2016
837
Xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib.
Onun sözlərinə görə, S. Tahirlə vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, S.Tahir bu gün dünyasını dəyişib. Uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.