Pakistan və banqladeşlilərin Azərbaycana axınının qarşısı alındı

Pakistan və banqladeşlilərin Azərbaycana axınının qarşısı alındı

 

Son zamanlar qanunsuz miqrasiyaya qarşı çox ciddi tədbirlər görülür. Son iki ay ərzində 3 mütəşəkkil dəstə aşkar etmişik.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev "Caspian European Club”un təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.

"Həmin şəxslər Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycana viza ilə dəvət edir və buradan İrana, Avropa və digər ölkələrə göndərmək istəyirdilər. Bununla bağlı olaraq, təxminən 75 nəfərə qədər şəxs aşkar etmişik. Əsas təşkilatçılar da artıq müəyyən olunub”, - deyə F.Nəbiyev qeyd edib.

Onun sözlərinə görə, ölkəyə qanunsuz miqrasiyanın sayı kəskin azalıb:

"Son illər Azərbaycanda qanunsuz miqrasiyanın qarşısı kəskin şəkildə sayı azalıb. Belə ki, 2012-ci ildə 633 şirkətdə qanun pozuntusu ilə bağlı məlumat daxil olmuşdusa, 2015-ci ildə bu rəqəm 153-ə enmişdi”.

 


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...