Şuşanın icra başçısı: Lazım gəlsə, Xankəndini də vurarıq

Şuşanın icra başçısı: Lazım gəlsə, Xankəndini də vurarıq

 

Azərbaycan ordusu 1-3 aprel tarixlərində hücum etməyib, Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verib. Gələcəkdə Ermənistan ordusu hücum edərsə, yenə adekvat cavab veriləcək. Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək.

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

B. Səfərov deyib ki, aprel hadisələri dövründə 15 yaşlı uşaqlar belə könüllü cəbhəyə yollanmaq üçün müraciət ediblər:

"Xalqımız torpaqlarımızın azad edilməsini istəyir. Beynəlxalq hüquqa görə Azərbaycanın torpaqlarını işğaldan azad etmək, torpaqlarını işğalçı ordudan, quldur dəstələrindən azad etmək hüququ var. Azərbaycan dövləti, ordusu nə vaxt istəsə, bu addımı ata bilər”.

Sabah Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsinin müzakirəyə çıxarılmasına gəlincə, B. Səfərov qeyd edib ki, bu, Ermənistan tərəfindən növbəti təxribatdır: 

"Həmişə belə təxribatlara əl atıblar. Ermənistandakı rejim çətin duruma düşəndə, iç üzləri açılanda, həmişə təxribatlara əl atır. Bu da belə təxribatlardan biridir. İkincisi, Ermənistan parlamentinin qondarma "DQR”i tanıyıb-tanımaması heç nəyi dəyişməyəcək. Həm də Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı hansısa məsələni müzakirəyə çıxarmaq hüququ yoxdur. 

Bütün dünya Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun Azərbaycan torpaqları olduğunu qəbul edir. Ermənistan bu addımı atsa belə, bunun bir əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan bu gülünc təxribatı ilə sadəcə, dünyada özünü növbəti dəfə biabır etməkdən başqa heç nə qazana bilməyəcək”. 

Ermənistan parlamentinin qondarma DQR-i tanımasının münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqların dayanmasını təsir göstərə biləcəyinə gəlincə, B. Səfərov Ermənistanın Azərbaycanla müharibə etmək gücü və qabiliyyətinin olmadığını vurğulayıb. 

O, Birinci Qarabağ Savaşında Azərbaycanın nizami ordusunun olmadığını xatırladıb: "Bu gün Azərbaycanın güclü ordusu var və gücünü ortaya qoyur. Lazım gələrsə, Azərbaycan öz ərazisini işğaldan azad edəcək. Azərbaycana başqalarının torpaqları lazım deyil. Ermənilər onu da gözəl bilirlər ki, Dağlıq Qarabağ Qarabağ xanlığının, bu gün yaşadıqları torpaqlar İrəvan və Naxçıvan xanlığının torpaqlarıdır. Qarabağ bizimdir, bizim də olacaq”.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...