Xalq Qarabağda müharibəni dəstəkləyir

Xalq Qarabağda müharibəni dəstəkləyir

 

Aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı "ACT Azərbaycan” araşdırma şirkəti Bakı şəhəri üzrə sorğu keçirib.

Sfera.az Report-a istinadən xəbər verir ki, sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi fəaliyyətini dəstəklədiyini bildirib.

Respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür.

Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir.

57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyir.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür.

Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.

Sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

"ACT Azərbaycan” sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət "ACT Global”ın Azərbaycan nümayəndəliyidir.



OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...