“Azərbaycanı Maksimə sevdirənlərdən biri də Mətin Mehdiyev idi...” – Orxan Əkbərovun yazısı

“Azərbaycanı Maksimə sevdirənlərdən biri də Mətin Mehdiyev idi...” – Orxan Əkbərovun yazısı

Beynəlxalq münasibətlər üzrə ekspert Orxan Əkbərov tanınmış rusiyalı siyasətçi, jurnalist və ictimai xadim, Azərbaycanın haqq işini beynəlxalq arenada təbliğ edən Maksim Şevçenko haqda məqalə yazıb.


Sfera.az müəllifin yazısını təqdim edir.

 

 

***

 

 

Maksim Şevçenkonun Azərbaycana gəlməsi, yüksək səviyyədə qarşılanması, ona qarşı olan rəsmi və qeyri-rəsmi gözəl münasibət məni çox sevindirdi. Səbəbi sadədir. Maksimi çoxdan tanıyıram.


Maksim ilə ortaq çox yaxın dostumuz Mətin Mehdiyev idi. Mətin Azərbaycanı Moskvada, Rusiya Dövlət Dumasında ən gözəl təmsil edən, ən layiqli azərbaycanlılardan biri idi.


Mətin 10 aprel 2012-ci ildə Moskvanın mərkəzində evinin önündə biri qadın olmaqla 5 nəfər "neo-nasist" tərəfindən öldürüldü. Bu hadisənin şokunu uzun illər üzərimizdən ata bilmədik. Mətin kimi gözəl, mədəni, tərbiyəli, savadlı, bütün etiket qaydalarını həyat tərzi halına gətirmiş çox az adam tanıyırdım.

Bu hadisəni törədənlərin tapılması və həbs olunması üçün Maksim Şevçenko əlindən gələni etdi və sona qədər bu məsələnin arxasında durdu. Mətinin yas mərasiminə özü başda olmaqla 1000-dən çox adam gəldi.


Maksimə Azərbaycanı sevdirənlərdən biri itirdiyimiz Mətin Mehdiyev idi. Maksim Azərbaycanı bu il sevməyib, Maksim Azərbaycanı hər zaman sevirdi. Hər zaman bizim mövqeyimizi dəstəkləyirdi, müdafiə edirdi.


2012-ci ildə, Qarabağ Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri olduğum dövrdə, Mətini itirdikdən sonra, Maksimi Bakıya dəvət etmək istədim. Dostumuzun Bakı səfəri baş tutmadı, çünki indi artıq vəzifədə olmayan bir məmur buna qarşı çıxmışdı.


İcma olaraq, Azərbaycanı sevən insanları, xüsusilə xarici mediada söz sahibi olan insanları tapıb üzə çıxarmaq bizim ən əsas məqsədlərimizdən biri idi. İndi baxıb çox sevinirəm ki, Azərbaycanın inkişafında ciddi problemlər çıxaran insanlar demək olar artıq vəzifələrdə deyillər! Və çox sevindirici haldır ki, Cənab Prezident ilə xalq arasına girən məmurların sayı günü gündən azalır və yeni kadrlar ən azından mövcud vəziyyəti olduğu kimi ölkə rəhbərliyinə çatdırır. Bəzən içimdəki "Prezidentə maneçilik etməyin, köməyinizi özünüzə saxlayın!" hissini bəzi insanlara demək keçir. O nəyi, nə zaman, necə edəcəyini çox yaxşı bilir.


Maksim bizim dostumuzdur və hər zaman elə qalacağından əminəm. O yalnız Azərbaycanın yox, azərbaycanlının dostudu! Allah Mətinə rəhmət eləsin və Maksim kimi dostlarımızın sayını çox etsin! Belə insanların qədrini vaxtında və hər zaman bilmək lazımdır.


P.S. Mətinin şəklini ölümündən bir müddət əvvəl axşam yeməyində görüşdüyümüz zaman çəkmişəm.



OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...