"Beşiktaş"da 5 illik müqavilə

"Beşiktaş" gənc futbolçusu Rıdvan Yılmazla yeni müqavilə imzalayıb.

Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin sonunda başa çatacaq sözləşmə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.

"Beşiktaş"ın öz yetirməsi olan Rıdvan Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyə qədər "qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.

OXŞAR XƏBƏRLƏR