Neymar zədələndi, meydanı xərəkdə tərk etdi

İdman
09:14 / 14.12.2020
1614
Fransanın PSJ klubunun futbolçusu Neymar zədələnib.
Sfera.az xəbər verir ki, 28 yaşlı hücumçu çempionatın XIV turunda "Lion"la ev matçının sonlarında xəsarət alıb.
Rəqib futbolçu Tiaqo Mendes ona qarşı kobudluq edib və qırmızı vərəqə alıb.
Neymar meydanı xərəktə tərk etməli olub. Braziliyalı oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir.
Qeyd edək ki, qarşılaşma "Lion"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.