İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, etimadnamənin qəbulu mərasimindən sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanla İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.

Tərəfdaşlıq əlaqələrinə toxunan prezident Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlət başçısı bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Hər iki ölkədə uzun illərdir səfirliklərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən prezident səfirə fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, səfir Hüsnan Bəy Fanani xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını bildirib, iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Hüsnan Bəy Fanani 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd edib.

 

 
 
 
 

OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...