“Euronews” Şəki ilə bağlı reportaj hazırladı - VİDEO

“Euronews” Şəki ilə bağlı reportaj hazırladı - VİDEO

 

Mərkəzi Fransada olan dünyanın nüfuzlu xəbər telekanalı "Euronews”da Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı reportaj yayımlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə "Euronews” müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.



Xatırladaq ki, aprelin 28-də Şəki şəhərindəki "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan "Qala divarları”nın içərisində "Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...