İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı

İdman
21:05 / 11.12.2020
3640
FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.
Sfera.az xəbər verir ki, "The Best" mükafatına iddialıların sayı 3-ə endirilib.
Bunlar İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flikdir.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.