Ermənilərdən növbəti həyasızlıq: Dağlıq Qarabağda yeni hökumət qurmaq istəyirlər

Ermənilərdən növbəti həyasızlıq: Dağlıq Qarabağda yeni hökumət qurmaq istəyirlər
Qarabağdakı separatçılar yeni hökumət qurmağa hazırlaşır.

Erməni KİV xəbər verir ki, "Milli Dirçəliş" partiyasının sədri Ayk Xanumyan təzyiqlərə sinə gərmək üçün Qarabağda yeni hökumətin qurulmasının vacibliyindən danışıb.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ayk Xanumyana vəzifə verilib. Lakin partiya sədri deyib ki, məlumat təhrif olunub. Onun sözlərinə görə, əslində siyasi qüvvələrlə yeni hökumətin qurulması istiqamətində danışıqlar aparılır. "Araik Arutyunyanın da iştirak etdiyi danışıqlar bitdikdən sonra hansı siyası qüvvənin bu məsuliyyəti üzərinə götürəcəyi bəlli olacaq. Danışıqlarda Araik Arutyunyan da iştirak edir. Yeni hökumət qurulacağı təqdirdə biz məsuliyyəti öz üzərimizə götürməyə hazırırq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, yeni hakimiyyət formalaşması prosesində Araik Arutyunyanın istefası zərurət deyil. "DQR”in "konstitusiyası”na görə "prezident” seçildiyi vaxtdan 1 il sonra istefa verə bilər. Bu halda Araik Arutyunyanın 2021-ci ilin mayına qədər vaxtı var.

Xanumyan deyib ki, Araik Arutyunyan istefa verəcəyi təqdirdə isə "parlament” də buraxılmalıdır.

OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...