Co Baydenin oğlu ilə bağlı araşdırma başladı - Çindəki şübhəli əməliyyatlar

Co Baydenin oğlu ilə bağlı araşdırma başladı - Çindəki şübhəli əməliyyatlar

ABŞ Ədliyyə Nazirliyi, vergi araşdırması çərçivəsində Co Baydenin oğlu Hanterin Çindəki işgüzar münasibətlərini incələyir.


Sfera.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Fox News” məlumat yayıb.


Sözügedən araşdırma nəticəsində Hanter Baydenin müxtəlif əcnəbi dövlətlərdən, eləcə də Çindəndaxil olan "şübhəli” əməliyyatlarla bağlı hesabatları müstəntiqlərin diqqətini cəlb edib.

 

Telekanalın məlumatına görə, istintaq hələ 2018-ci ildə başlayıb.

 

Qeyd edeək ki, dekabrın 10-u ABŞ-ın yeni prezidentinin oğlu ABŞ federal prokurorunun Delaver şatatı üzrə ofisinin onun vergi tarixçəsini araşdırmağa başladığını bildirmişdi. O, həmçinin günahsız olduğuna inandığını və vergi məsləhətçilərinin xidmətlərindən istifadə etdiyini də qeyd etmişdi.

 

Xatırladaq ki, sentyabr ayında ABŞ senatorları Ron Conson və Çak Qrasslinin hazırladıqları hesabatda bildirilirdi ki, Baydenin oğlu Hanter bir neçə il müddətində keçmiş Moskva Bələdiyyə başçısı Yuri Lujkovun dul xanımı Yelena Baturinadan pul alıb.

 

Özəlliklə də, rusiyalı qadının Hanter Baydenin həmtəsisçisi olduğu Amerikanın Rosemont Seneca Thornton LLC şirkətinin hesabına ümumilikdə 3,5 milyon dollar köçürdüyü məlum olub. 392 min dollar məbləğində 11 köçürmə adıçəkilən şirkətdən BAK USA LLC-nin hesabına keçib. Bütün bu ödənişlərin səbəbi kimi isə kredit müqaviləsi göstərilir.

 

 

 

Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...