Dəridəki çopurların təbii təmizlənməsi

Dəridəki çopurların təbii təmizlənməsi

Üz dərisində məsamələrin artması dəri yağlılığından əziyyət çəkənlərdə əmələ gəlir. Həmçinin yağlı dəri üzdə sızanaqların yaranmasına səbəb olur. Sızanaqları sıxdıqca zamanla dəridə çopurlar əmələ gəlir.  Belə dərilər üçün çox kosmetik vasitələr var. Ancaq doğurdanmı  bu vasitələrlə dəridən çopurların və məsamələrin təmizlənməsinə kömək edir?

Biz sizə belə problemli dəridən canınızı qurtarmaq üçün təbii üsullar araşdırmışıq.

Su və qida sodası

2x.q soda ilə 2x.q su qarışdırılır. Bu qarışıq üzə yaxılır və 15 dəqiqə saxlayıb, dərinin dartıldığını hiss etdikdə ilıq su ilə yuyulur.

Pomidor və layma şirəsi.

Pomidor şirəsi və 2-4 damcı layma şirəsi ilə qarışdırılır. Sonra pambıqla üzə yaxılır, 15 dəqiqədən sonra soyuq su ilə yuyulur.

Yumurta ağı və limon şirəsi.

Bir neçə limon şirəsi və 2 yumurta ağı qarışdırılır. Üzə çəkilir və quruyana kimi gözlənilir. Bu maska dərinin dartaraq məsamələrin açılmasına kömək edəcək. Həmçinin dərinin təzələnməsinə kömək edəcək.

Limon və ananas şirəsi

 

Yarım limon şirəsi 0.5 st ananas şirəsi ilə qarışdırılır. Təmiz cuna bu qarışığa batırılaraq, dəriyə çəkilir və 5 dəqiqə üzdə saxlanılır. Bundan sonra üz soyuq su ilə yuyulur.

Xiyar, limon və çəhrayi su

1 ədəd xiyar xırdalanır üzərinə bir neçə limon suyu və 1 ç.q itburnu dəmləməsi bir-birnə qarışdırılır. Üzə çəkilir 15 dəq. sonra ilıq su ilə üz yuyulur.

Badam tumu və layma şirəsi

Bir neçə badam axşamdan suya qoyulur. Səhəri gün badamlar əzilir üzərinə 1ç.q layma şirəsi əlavə olunub üzə çəkilir, 30 dəqiqədən sonra üz soyuq su ilə yuyulur.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...