PFL Premyer Liqa ilə bağlı qərarı açıqladı

PFL Premyer Liqa ilə bağlı qərarı açıqladı
AFFA və Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.

Sfera.az  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda klubların heyətində koronavirusa yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan PFL Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib.

Premyer Liqa
12-ci tur
20 dekabr

"Sabah” – "Neftçi”
"Keşlə” – "Səbail”
"Zirə” – "Sumqayıt”
"Qəbələ” – "Qarabağ”

Premyer Liqa
13-cü tur
24 dekabr

"Səbail” – "Qəbələ”
"Sumqayıt” – "Sabah”
"Neftçi” – "Keşlə”
"Qarabağ” – "Zirə”

Premyer Liqa
21 yanvar
14-cü tur

"Zirə” – "Qəbələ”
"Səbail” – "Neftçi”
"Sabah” – "Qarabağ
"Keşlə” – "Sumqayıt”

25 yanvar
Azərbaycan Kuboku, 1/8 final mərhələsi

"Səbail” - "Zaqatala”
"Turan Tovuz” - "Qəbələ”
"Sabah” - "Kəpəz”
"Qaradağ Lökbatan” - "Zirə”

Qeyd 1. "Qarabağ”ın 20 dekabr tarixdə "Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.

Qeyd 2. Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.

Qeyd 3. Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.

Qeyd 4. Heyətində yetərli futbolçu olmadığı üçün "Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən "Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, "Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...