Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"ni Azərbaycan Respublikası prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi"nə və Azərbaycan Respublikası prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056; 2015, № 9, maddələr 985, 996, № 10, maddə 1120) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.35-ci bənddə "tədris" sözündən əvvəl "Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, təsdiqi təhsil müəssisəsi rəhbərinin səlahiyyətində olan tədris planı istisna olmaqla, digər" sözləri əlavə edilsin.
2. 14.3-cü bənddə "(hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini" sözlərindən sonra "(Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən hallar istisna olmaqla)" sözləri əlavə edilsin.