İrəvanda etirazçılar mitinqə hazırlaşır

16:14 / 09.12.2020
1415
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər İrəvanın müxtəlif rayonlarından parlamentin binasının qarşısına doğru yürüş edirlər.
Sfera.az xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.
Bildirilib ki, parlamentin binası qarşısında dekabrın 9-u yerli vaxtla saat 16:00-da "Vətəni xilas edək” hərəkatının etiraz aksiyası keçiriləcək.
Məlumata görə, gündüz saatlarında hərəkatçılar İrəvanın müxtəlif küçələrini bağlamağa cəhd göstəriblər. Polis idarəsindən bildirilib ki, dekabrın 8-də yüzdən çox aksiya iştirakçısı saxlanılıb.