Həmsədrlər regiona səfər edəcək

15:14 / 09.12.2020
1669
ATƏT Minsk qrupunun həmsədrləri bu həftə sonunda Azərbaycana və Ermənistana səfər edəcək.
Sfera.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker deyib.
O bildirib ki, amerikalı həmsədr Endrü Şofer digər həmkarları ilə birgə yerlərdə vəziyyətlə tanış olmaq üçün Bakı və Yerevana səfər edəcək.