Canlı yayımda ağlayan nazir gülüş obyektinə çevrildi - VİDEO

12:11 / 09.12.2020
1086
İngiltərənin səhiyyə naziri Mat Hankokun canlı yayımda ağlaması ölkə gündəminə çevrilib.
Sfera.az xəbər verir ki, İngiltərədə dünən vaksinləmə prosesinə start verilib. "BioNTech” və "Pfizer” tərəfindən hazırlanan ilk peyvənd 90 yaşındakı Marqaret Keenan adlı qadına, daha sonra isə Villiam Sekspir adlı 81 yaşlı kişiyə vurulub.
Bu barədə canlı yayımda açıqlama verən səhiyyə naziri gözyaşlarına hakim ola bilməyib. O, COVİD -19-a qarşı peyvəndin ilk dəfə ölkəsində tətbiq edildiyinə görə çox xoşbəxt olduğunu bildirib.
Bu kadrları izləyən vətəndaşlar isə nazirin gözyaşlarına inanmayıb. Bir çox sosial media istifadəçisi "Oskar mükafatını Mat Hankoka verin!”, - deyə yazaraq naziri tənqid edib.
Jalə Mehdi
Sfera.az