Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?

Sfera.az xəbər verir ki, Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:
"Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi - red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, "böyüyəcəksən, Anini geri alacaqsan". Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək".
Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi.
baku.ws