Milli Məclisin qapısını qıranlar barədə QƏRAR VERİLDİ

Milli Məclisin qapısını qıranlar barədə QƏRAR VERİLDİ
Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə "Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılıb.

Sfera.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic məlumat yayıb.

Onun sözlərinə görə, 15 təqsirləndirilən şəxs - Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu və Çobanov Pərvin Nadir oğlunun həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib.

Qeyd edək ki, ötən ay təqsirləndirilən şəxslərdən 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi. Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də vardı.

Təqsirləndirlən şəxslərə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsi ilə bağlı ittiham verilib. Cinayət işi Səbail Rayon Məhkəməsində hakim Ağamalı Qafarovun icraatındadır.


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir– Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...