“Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq” - Lavrov

Dünya
16:08 / 07.12.2020
1851
"Dağlıq Qarabağ münaqişəsi hələ qaynar fazadan çıxmaqdadır”.
Sfera.az-ın "TASS” agentliyinə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan erməni həmkarı Ara Ayvazyanla danışıqlar zamanı deyib.
"Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir, hansı ki, müharibəni dayandırıb”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə birdəfəlik yardım ayıracaq.