Velosiped yarışlarına görə bağlanacaq yollar açıqlandı – SİYAHI

Velosiped yarışlarına görə bağlanacaq yollar açıqlandı – SİYAHI

 

"TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla ölkənin bəzi rayonlarında bir sıra yollar bağlanacaq. 

Sfera.az ANS PRESS-ə istinadən bağlanacaq yolların siyahısını təqdim edir:

May ayının 4-də saat 09.30-dan 14.30-dək - Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində, 

May ayının 5-də saat 09.30-dan 15.30-dək - Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, 

May ayının 6-da saat 09.30-dan 15.00-dək - Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 

May ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək,

May ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində "Azadlıq meydanı-Neftçilər prospekti-Nobel prospekti-Zığ şosesi-Qala yolu-Buzovna-Bilgəh-Zağulba-Buzovna-Hava limanı şosesi” marşrutu üzrə, 

Saat 09.00-dan 15.30-dək isə - Heydər Əliyev prospekti-Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı-Nefçilər prospekti-İçəri şəhərdə Kiçik Qala küçəsi-Qoşa Qala Qapısı-İstiqlaliyyət küçəsi-Sona xanım Vəliyeva küçəsi-Lermontov küçəsi-Teymur Elçin küçəsi-Mehdi Hüseyn küçəsi-Parlament prospekti-H.Cavid prospekti-Landau küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsi-Səməd Vurğun küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Bülbül prospekti-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...