Rusiyada rekord göstərici - Qonşu ölkələrdə son vəziyyət

Rusiyada rekord göstərici - Qonşu ölkələrdə son vəziyyət
 Rusiyada son bir gündə 29 min 39 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir. 

Sfera.az "worldometers"ə istinadən bildirir ki, 24 saat ərzində 457 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 43 min 141 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 1 milyon 937 min 738 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 460 min 770 nəfər insan koronavirusa yoluxub.
 
Gürcüstanda son 24 saat ərzində daha 4 321 nəfərdə "COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 162 min 475-ə çatıb.

Ölkədə sutka ərzində daha 42 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 504-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 133 min 511 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 978 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 141 min 937 nəfərə çatıb. Daha 17 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 326-ya çatıb. Ümumilikdə sağalanların sayı isə 116 min 796 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...