“Qalatasaray”dan qələbə, “Alanyaspor” məğlub oldu

“Qalatasaray”dan qələbə, “Alanyaspor” məğlub oldu
Dekabrın 5-da futbol üzrə Türkiyə çempionatının XI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Hatayspor"u qəbul edib.

Sfera.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçirib. İstanbul təmsilçisinin qollarını Mbaye Caqne (32), Pablo (64 öz qapısına) və Məhəmməd Aktürkoğlu (90+2) vurub.

Günün digər matçlarında isə "Gənclərbirliyi" doğma meydanda lider "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" isə səfərdə "Konyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" - "Kayserispor" və "Yeni Malatyaspor" - "Başakşəhər" matçları 1:1 hesablı bərabərliklə bitib.

Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...